
Nyu-Yorkda qapalı dayanacaq çöküb.
Xarici medianın məlumatına görə, Nyu York Yanğından Mühafizə İdarəsinin (FDNY) verdiyi açıqlamaya əsasən, Manhettenin cənub bölgəsində dayanacaq qismən dağılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, çox sayda yaralı var.
Yanğınsöndürənlər binada altı işçinin olduğunu, onlardan dördünün xəstəxanaya yerləşdirildiyini, birinin isə tibbi yardımdan imtina etdiyini bildirib.
