Güləşçimiz bürünc medal uğrunda görüşdə erməni ilə qarşılaşacaq

Tarix :
Güləşçimiz bürünc medal uğrunda görüşdə erməni ilə qarşılaşacaq

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında təsəlliverici görüşə çıxan Əli Rəhimzadə qələbə qazanıb.
O, israilli Coşua Finesilverə qalib gəlib. 
Ə.Rəhimzadə 3-cü yer uğrunda görüşdə Ukraynanı təsmil edən erməni əsilli güləşçi Erik Aruşanyanla üz-üzə gələcək.