ABŞ hərbçiləri Almaniyada qəzaya uğradı - Yaralılar var

Tarix :
ABŞ hərbçiləri Almaniyada qəzaya uğradı - Yaralılar var

Aprelin 17-də Almaniyada ABŞ ordusuna məxsus bir neçə hərbi maşın toqquşub.
Hadisə nəticəsində 7 hərbçi yaralanıb. Qəza Bavariyada Amberg şəhəri yaxınlığında baş verib.
Polisdən alınan ilkin məlumata görə, avtobanda baş verən qəza nəticəsində biri ağır olmaqla 7 əsgər yaralanıb.