Qazaxıstanda məktəblər bağlandı

Tarix :
Qazaxıstanda məktəblər bağlandı

Qazaxıstanın paytaxtı Astanada son 3 gündə yağan güclü qar səbəbindən təhsil dayandırılıb.
Bundan sonra paytaxt şəhərdə məktəblər distant təhsilə başlayıb. 
Mindən çox texnika və 2000-dən çox rəsmi şəxs şəhəri qardan təmizləməyə çalışır.  Astana Polis İdarəsi son 24 saat ərzində yollarda 144 yol-nəqliyyat hadisəsi baş verdiyini və iki nəfərin yaralandığını bildirib.