Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiya Nikolayevə "S-300" raketi atıb, 1 nəfər mülki şəxs ölüb

Tarix :
Rusiya Nikolayevə "S-300" raketi atıb, 1 nəfər mülki şəxs ölüb

Rusiya ordusu Ukraynanın Nikolayev vilayətinə "S-300" zenit-raket kompleksi ilə zərbə endirib.

UNIAN xəbər verir ki, bunu Nikolayev şəhərinin meri Aleksandr Senkeviç bildirib.

"Nəticədə 1 nəfər mülki şəxs ölüb, bir sıra mülki obyektlərə zərər dəyib”, - o vurğulayıb.

A.Senkeviçin sözlərinə görə, həmçinin bir neçə fərdi yaşayış evinin pəncərə və qapıları sınıb, dam örtüyü zədələnib.