
Kamerunun Şimal-Qərb bölgəsində qadağan olunmuş öskürək siropundan altı uşaq ölüb.
Xarici medianın məlumatına görə, İctimai Səhiyyə Nazirliyinin Şimal-Qərb Bölgəsi üzrə nümayəndəsi Kingsley Che Soh verdiyi açıqlamada 6 uşağın qadağan olunmuş öskürək siropundan qəbul edərək öldüyünü təsdiqləyib.
Siropun böyrəklərə ciddi ziyan vurduğunu bildirən Soh, ötən ay Cənub-Qərb bölgəsində 3 uşağın ölümündən sonra dərmanın istifadəsinin qadağan edildiyini bildirib.
Soh, siropu olanları dərhal dərmanı məhv etməyə çağırış edib.