Futbol meydançasına ildırım düşdü: Ölən və yaralananlar var

Tarix :
Futbol meydançasına ildırım düşdü: Ölən və yaralananlar var

Cənubi Amerika ölkəsi Kolumbiyada futbol meydançasına ildırım düşməsi nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
Xarici mətbuat xəbər verir ki, hadisə El Tambo qəsəbəsində futbol matçı zamanı baş verib.
Yaralılar təcili yardımla xəstəxanalara aparılıb.
Qeyd olunur ki, Kolumbiyanın bəzi bölgələrində şiddətli şimşək çaxır və ildırım düşür.