Ermənistanda kinorejissor Arman Yeritsyan və ictimai xadim Karen Akopyan polis tərəfindən saxlanılıb.
Erməni KİV xəbər verir ki, bu barədə Karen Akopyanın vəkili məlumat yayıb.
"Onların telefonları götürülüb, zənglərə polis əməkdaşları cavab verir. Daxildə baş verənləri həmişə olduğu kimi bilmirik. İçməyə belə su vermirlər", - o bildirib.
Yeritsyanın və Akopyanın saxlanılma səbəbi hələlik məlum deyil.
