Belarus ordusunda ilk dəfə geniş yoxlamalar başlayır

Tarix :
Belarus ordusunda ilk dəfə geniş yoxlamalar başlayır

Belarus Silahlı Qüvvələrinin komandanlığı bütün ordu birləşmələrində yoxlamalar aparmağı planlaşdırır. 
TASS xəbər verir ki, bu barədə müdafiə naziri Viktor Xrenin bildirib.
O qeyd edib ki, davam edən yoxlamanın xüsusiyyəti belə bir tədbirin ilk dəfədir ki, bu miqyasda keçirilməsidir:
"İkinci xüsusiyyət ondan ibarətdir ki, bu yoxlama çərçivəsində heç bir məhdudiyyət yoxdur. Ordunun döyüşə hazır vəziyyətə gətirilməsi üzrə bütün tədbirlər kompleksi tam məhdudiyyətsiz həyata keçirilir".
Qeyd edək ki, bir çox xarici hərbi ekspert Belarusun Ukraynadakı müharibəyə qoşulmağa hazırlaşdığı barədə iddialar səsləndirib.