Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İrandan ABŞ-a SANKSİYALAR

Tarix :
İrandan ABŞ-a SANKSİYALAR

İran “ölkədə zorakılığı qızışdırmaq və daxili işlərə qarışmaq” səbəbi ilə 10 amerikalı şəxsə və 4 təşkilata, o cümlədən yüksək səviyyəli mülki və hərbi məmurlara sanksiya tətbiq etmək qərarına gəlib.
 
Xarici medianın məlumatına görə, İran Xarici İşlər Nazirliyindən verilən açıqlamada, sanksiya qərarının İran parlamentinin 2017-ci ildə təsdiqlədiyi “ABŞ-ın regionda insan haqları pozuntuları və avantürist və terror fəaliyyətləri ilə mübarizə” qanununa uyğun olaraq verildiyi bildirilib.
Bu çərçivədə ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) komandanı Maykl Kurilla, CENTCOM-un müavini Komandir Gregory Guillot və ABŞ Maliyyə Nazirinin müavini Wally Adeyemo kimi yüksək rütbəli şəxslərlə yanaşı, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Doqquzuncu Hərbi Hava Qüvvələri və Milli Qvardiyanın da sanksiya siyahısına daxil edildiyi bildirilib.
Sanksiyalara viza qadağası, İranda əmlak və maliyyə aktivlərinin müsadirəsi, bank hesablarının dondurulması daxildir.