
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Fətullahçı Terror Təşkilatının (FETÖ) "yüksək vəzifəli" üzvü Mehmet Cintosunu xüsusi əməliyyatla ölkəyə gətirib.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, Cintosun 1995-2014-cü illər arasında FETÖ-nün Azərbaycan üzrə əsas nümayəndəsi olub.
O, 2014-cü ildə Türkiyəyə qayıdıb və 15 iyul çevriliş cəhdindən sonra xaricə qaçıb. Cintosunun hansı ölkədən Türkiyəyə gətirildiyi açıqlanmayıb.
