
Gürcüstan prezidenti Salome Zurabişvili Strasburq səfərini Gürcüstan hökumətinin ona icazə vermədiyinə görə ləğv edib.
“Radio Tavisupleba” xəbər verir ki, Zurabişvili aprelin 18-də Strasburqa getməli və Avropa Parlamentində çıxış etməli idi.
Prezident səfərin ləğvinin Gürcüstan hökumətinin imtinası ilə bağlı olduğunu bildirib.
