Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Hindistanda körpünün uçması nəticəsində kütləvi ölümdən sonra 9 nəfər həbs edilib

Tarix :
Hindistanda körpünün uçması nəticəsində kütləvi ölümdən sonra 9 nəfər həbs edilib

Hindistan polisi çoxu uşaq olmaqla azı 134 nəfərin ölümü ilə nəticələnən piyada körpüsünün uçması ilə bağlı aparılan istintaq çərçivəsində bilet satıcıları və podratçılar da daxil olmaqla 9 nəfəri həbs edib.

Bu barədə xarici mətbuat xəbər verir.

Yüksək rütbəli polis rəsmisi bildirib ki, idarə heyəti, bilet kassalarının əməkdaşları və üç mühafizəçi də daxil olmaqla 9 nəfər izdihamı idarə edə bilmədiyi üçün həbs olunublar.

Körpünün dağılmasından bir qədər əvvəl çəkilmiş videogörüntülərdə bir qrup gəncin digər uşaqlar Morbidəki asma körpünü o yan-bu yana yırğalamağa çalışarkən şəkil çəkdirdiyi, bundan sonra körpünün çaya düşdüyü görünür. Qeyd edilir ki, kəndirlər yükə tab gətirə bilməyib.

Maçhu çayı üzərindəki müstəmləkə dövrünə aid körpü şənlikdən zövq alan turistlərlə dolu olub. İnsanlar yıxıldıqdan sonra təxminən 10 metr dərinliyə malik çaya düşüblər.

Zərərçəkənlərdən biri, ayağı və kürəyindəki xəsarətlərdən müalicə alan Aşvin Mehra jurnalistlərə bildirib ki, o, daha 6 nəfərlə birlikdə körpünün metal məhəccərlərindən və torlarından yapışaraq sahilə çatıb.

Hadisə ilə əlaqədar əlavə həbslərin olacağı bildirilir.