Aİ Rusiyaya qarşı 11-ci sanksiya paketini hazırlayır

Tarix :
Aİ Rusiyaya qarşı 11-ci sanksiya paketini hazırlayır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 11-ci sanksiya paketini qəbul etməyə hazırlaşır.
Bunu “CNBC” telekanalına müsahibəsində maliyyə xidmətləri, maliyyə sabitliyi və kapital bazarı məsələləri üzrə avropalı komissar Meyrid Makginnes açıqlayıb.  
“Avropa Rusiyaya qarşı 10 sanksiya paketi tətbiq edib. Daha biri də olacaq”, - deyə Makginnes qeyd edib. 
Onun sözlərinə görə, 11-ci sanksiya paketi ilk növbədə məhdudlaşdırıcı tədbirlərdən yayınma cəhdləri ilə mübarizəyə yönəldiləcək.