Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rəisi-Paşinyan danışıqları başladı

Tarix :
Rəisi-Paşinyan danışıqları başladı

İran prezidenti İbrahim Rəisi və Ermənistanın baş naziri Nikol Paşinyan Tehranın Səadabad kompleksində danışıqlar aparır.
"Mehr News" xəbər verir ki, Paşinyan İslam Respublikasına Rəisinin dəvəti ilə gəlib. Onu yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir.
Rəsmi qarşılanma mərasimindən sonra İran İslam Respublikasının prezidenti ilə Ermənistanın baş naziri arasında ikitərəfli danışıqlar başlayıb.
Yüksək rütbəli İran və Ermənistan nümayəndə heyətləri arasında danışıqların ən mühüm mövzuları müxtəlif siyasi, iqtisadi və mədəni sahələrdə getdikcə inkişaf edən və möhkəmlənən ikitərəfli əməkdaşlıq, eləcə də əsas regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi olub.