
Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, nəticədə bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
Yaralı rayon xəstəxanasına yerləşdirilib.
Ölən və yaralananın şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
