Metroda insident: Sərnişinlərlə küçə musiqiçiləri dalaşdı

Tarix :
Metroda insident: Sərnişinlərlə küçə musiqiçiləri dalaşdı

Bursa metrosunda küçə musiqiçilərinin musiqi çalmasına etiraz edən sərnişinlər onlarla əlbəyaxa davaya çıxıb. 
“Haber Global” xəbər verir ki, hadisə şəhərin “Osmangazi” metrostansiyasında baş verib. 
Bildirilir ki, qatardan enən sərnişinlərlə musiqiçi qrup arasında yaranan mübahisə qısa müddətdə davaya çevrilib. 
Hadisə yerinə gələn polislər kütləni dağıdıb.