Pentaqonun gizli sənədlərini sızdıran adam tutuldu

Tarix :
Pentaqonun gizli sənədlərini sızdıran adam tutuldu

ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) məxsus məxfi sənədləri və yazışmaları sızdıran şəxsin 20 yaşlarında bir şəxs olduğu ortaya çıxıb.
 
Xarici medianın məlumatına görə, ABŞ-da məxfi sənədləri sızdıran və milli təhlükəsizlik araşdırmasına səbəb olan şəxsin hərbi bazada işləyən 20 yaşlı silah həvəskarı olduğu iddia edilib.
Washington Post qəzetindəki xəbərdə sənədlərin təxminən 24 nəfərin olduğu anlıq mesaj tətbiqi olan “Discord” qrupunda paylaşıldığı bildirilir.
Discord dünən verdiyi açıqlamada polislə əməkdaşlıq etdiyini bildirib.
ABŞ-da Ukraynanın hava hücumundan müdafiə sistemlərindən İsrailin kəşfiyyat təşkilatı Mossad-a qədər bir çox mövzuda məxfi məlumatları ehtiva edən sənədlər mart ayının əvvəlində sızdırılaraq sosial media platformalarında yayılmağa başlamışdı.