Səidə Dadaşova xəstəxanaya yerləşdirildi - Əməliyyat olundu

Tarix :
Səidə Dadaşova xəstəxanaya yerləşdirildi - Əməliyyat olundu

Müğənni Səidə Dadaşovanın səhhətində problem yaranıb.
Qəfildən vəziyyəti pisləşən sənətçi təcili olaraq xəstəxanaya yerləşdirilib. 
Bu barədə ifaçının əri Maqa məlumat verib.
O Dadaşovanın hazırda əməliyyat olunduğunu deyib: 
"Qəfildən halı pisləşdi. Xəstəxanaya çatdırmalı olduq. Hazırda əməliyyatdadır".
Xatırladaq ki, Dadaşovanın səhhətinin pisləşdiyi barədə ilk məlumatı olay.az saytı yayıb.