Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Tələbələrin köçürülməsinə dair qanun layihəsi parlamentə tövsiyə edilib

Tarix :
Tələbələrin köçürülməsinə dair qanun layihəsi parlamentə tövsiyə edilib

Bu gün Milli Məclisin Elm və Təhsil komitəsində “Təhsil haqqında” qanuna dəyişiklik müzakirə olunub.
İclasda Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev iştirak edib.
Layihəyə əsasən, Azərbaycanda universitetdən və kolleclərdən xaric və bərpa olunmanın hüquqi əsasları formalaşdırılır, bununla bağlı təhsil sahəsində dövlətin vəzifələri müəyyənləşir.
Dəyişikliyə əsasən, ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsindən xaric və ya bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması ( onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək dövlətin vəzifələri sırasına əlavə edilir.
Eyni zamanda orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq.
Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə edilib.