Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Qazaxda 58 yaşlı kişi itkin düşdü

Tarix :
Qazaxda 58 yaşlı kişi itkin düşdü

Qazaxda itkin düşən şəxs axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax rayon Aslanbəyli kənd sakini, 1964-cü il təvəllüdlü Oruc Nəsibovun cari ilin aprel ayının 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O. Nəsibovun əlamətləri belədir: Boyu 175-180 sm, sarışın, arıq bədən quruluşludur.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (050) 275-74-74 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.