Ermənistanda yeni ombudsman seçildi

Tarix :
Ermənistanda yeni ombudsman seçildi

Ermənistan parlamenti ölkənin Baş prokurorunun müavini Anait Manasyanı ombudsman olaraq seçib.
Erməni KİV xəbər verir ki, 69 millət vəkili Manasyanın lehinə səs verib. Müxalifətdən olan deputatlar seçkidə iştirak etmədiyi üçün o, yekdilliklə seçilib.