Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Nənə və nəvəni maşın vurdu

Tarix :
Nənə və nəvəni maşın vurdu

Ötən gün 3 piyada yol qəzalarının qurbanı olub. 
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Belə ki, oktyabrın 31-də saat 20 radələrində Mingəçevir şəhəri ərazisində Gəncə şəhər sakini B.Hüseynli idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən şəhər sakini Əflatun Məhərrəmovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada ölüb.
Analoji hal oktyabrın 31-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində qeydə alınıb. Yolu keçən şəhər sakini Solmaz Əsədova və nəvəsi Y.Əsədov müəyyən edilməyən avtomobillə vurulub.
Nəticədə onlar xəstəxanaya yerləşdirilib, S.Əsədova orada ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.