
Ukraynadan Polşaya daxil olan qaçqınların sayı 11 milyonu ötüb.
Bu barədə Polşa hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 11 milyonu keçib”, - deyə məlumatda qeyd olunub.
Polşanı tərk edən ukraynalıların ümumi sayının 9 milyon 259 min nəfər olduğu bildirilib.
Polşanın Avropa Birliyi(Aİ) Daimi Nümayəndəliyinin paylaşdığı məlumata görə, Ukraynadan Polşaya keçənlərin 87 faizini qadınlar və uşaqlar təşkil edir.
