Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

ATƏT Ukraynadakı 2 missiyasını bağlayır

Tarix :
ATƏT Ukraynadakı 2 missiyasını bağlayır

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukraynadakı Xüsusi Monitorinq Missiyası və Layihə Koordinatoru bölməsi Rusiyanın mənfi yanaşması səbəbindən səhra missiyalarını bağlayacaq.
ATƏT-dən verilən yazılı açıqlamaya görə, ATƏT-in Daimi Şurasındakı danışıqlarda Rusiyanın missiyaların mandatının uzadılmasına mənfi yanaşması səbəbindən konsensus əldə olunmayıb, bu səbəbdən sözügedən iki missiya bağlanacaq.
Bəyanatda ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və ATƏT-in baş katibi Helqa Şmidin Ukraynada fəaliyyət göstərən hər iki missiya və Rusiya qüvvələri tərəfindən müharibənin başlamasından az sonra saxlanılan 3 ATƏT əməkdaşının vəziyyəti ilə bağlı fikirləri yer alıb.