Naxçıvanın Hərbi Prokurorluğu dövlət orqanlarının təsnifatından çıxarılır

Tarix :
Naxçıvanın Hərbi Prokurorluğu dövlət orqanlarının təsnifatından çıxarılır

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu yenidən təşkil olunacaq.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Prokurorluq haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yeni təşkil olunması nəzərdə tutulur.
Dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur qruluşunun təkmilləşdirilməsinə səbəb olacaq.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.