Aralıq dənizində iki qayıq batdı - Ölənlər var

Tarix :
Aralıq dənizində iki qayıq batdı - Ölənlər var

Tunis sahillərində dənizi keçməyə çalışan 23 afrikalı miqrant itkin düşüb.
Aralıq dənizindən İtaliyaya keçmək istəyən iki qayığın batması nəticəsində 4 nəfər ölüb.
Batan qayıqdan 53 nəfərin xilas edildiyi bildirilir, onlardan ikisinin vəziyyəti ağırdır.
Qeyd olunub ki, bu ilin ilk üç ayında 14 mindən çox qanunsuz miqrant Avropaya keçmək istəyərkən tutulub.