Pakistanda partlayış - 4 ölü, 8 yaralı

Tarix :
Pakistanda partlayış - 4 ölü, 8 yaralı

Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində bazarda polis avtomobili partladılıb. 
"Reuters" xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb. 
İlkin məlumatlara görə, maşının arxasında dayanmış motosikletə əldəqayırma partlayıcı qurğu qoyulub. 
Hazırda araşdırmalar davam etdirilir.