Qonşusunun 1100 toyuğunu qorxudaraq öldürən şəxsə həbs cəzası verildi

Tarix :
Qonşusunun 1100 toyuğunu qorxudaraq öldürən şəxsə həbs cəzası verildi

Çində düşmənçilik edən iki qonşu arasında baş verənlər məhkəmə ilə yekunlaşıb.
 
Xarici medianın məlumatına görə, Hunan əyalətinin Hengyang şəhərində qonşusunun yüzlərlə toyuğunu öldürən şəxs keçirilən məhkəmə iclasında 6 ay həbs cəzasına məhkum edilib.
Cinayətkar qonşusunun fermasına soxulub və toyuqları fənərlə qorxudub. Heyvanların qorxaraq bir-birini əzməsi nəticəsində 460 toyuq ölüb. Bir müddət sonra eyni üsula əl atan şəxs daha 640-a yaxın toyuğun ölümünə səbəb olub.
Məhkəmədə o, 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin 1 il cinayət törətməmək şərti ilə təxirə salınıb.