Türkiyədə zəncirvari yol qəzası: 12 hərbçi yaralandı

Tarix :
Türkiyədə zəncirvari yol qəzası: 12 hərbçi yaralandı

Türkiyənin Əskişəhir şəhərində sərnişin avtobusu, yük maşını və hərbi maşın toqquşub. 
Türkiyə KİV xəbər verir ki, hadisə nəticəsində 12-si əsgər olmaqla 14 nəfər yaralanıb. 
Xəbərdarlıq üzərinə qəza yerinə jandarma, sağlamlıq və xilasetmə qrupları sövq edilib. Qəza səbəbiylə Əskişəhər-Seyitqazi avtomobil yolu təxminən 2 saat nəqliyyata bağlanıb.