Türkiyədə məscidə silahlı hücum: Yaralananlar var

Tarix :
Türkiyədə məscidə silahlı hücum: Yaralananlar var

Türkiyənin Çorum vilayətində məscidə silahlı hücum olub. 
Türkiyə KİV xəbər verir ki, naməlum şəxs təravih namazından çıxan vətəndaşları tüfənglə atəşə tutub. Hadisə nəticəsində 6 nəfər yaralanıb. 
Əraziyə polis və  təcili yardım cəlb edilib.  Hadisəni törədən 30 yaşlı şəxs isə saxlanılıb. Onun barəsində cinayət iş açılıb. Araşdırma aparılır.