Tatlısəsi məyus edən qərar - Deputat ola bilməyəcək

Tarix :
Tatlısəsi məyus edən qərar - Deputat ola bilməyəcək

Türkiyəli müğənni İbrahim Tatlısəs bu dəfə də deputat ola bilməyib.
Türkiyə mətbuatı xəbər verir ki, 71 yaşlı sənətçi AK Partiyanın (Ədalət və İnkişaf Partiyası) Şanlıurfa millət vəkili siyahısındakı 14 namizəd arasında yer ala bilməyib.
Belə ki, Yüksek Seçim Kurulu “İmperator” ləqəbli sənətçinin müraciətini təmin etməyib. 
Qeyd edək ki, o, bundan öncə 4 dəfə deputatlığa namizəd olmağa çalışmışdı.