Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Anatoli Karpov süni koma vəziyyətinə salındı

Tarix :
Anatoli Karpov süni koma vəziyyətinə salındı

Şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpov Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib.
Qeyd olunur ki, 71 yaşlı şahmatçı oktyabrın 29-da Dövlət Dumasının binası yaxınlığında huşsuz vəziyyətdə tapılıb.
Hazırda şahmatçının reanimasiyada olduğu bildirilir.
Xəstəxanaya gətirilərkən alkoqolun güclü təsiri altında olan qrosmeysterə qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı diaqnozu qoyulub. Travmaları ağır olduğundan Karpov süni komaya salınıb.
Rusiya Şahmat Federasiyası qrosmeysterə hücum edilməsi səbəbindən travma alması xəbərini təkzib edib. 
Mənbə: Championat