
Tanınmış aparıcı Zamirə Dadaşova “Space” telekanalındakı işindən ayrılıb.
Bu barədə o, feysbuk hesabında yazıb.
Z. Dadaşova bazar ertəsindən etibarən işdən çıxacağını qeyd edib: “Birinci gün “Space”dən ayrılmağı düşünürəm. İlk iş yerim AzTV (10 il), ikinci iş yerim “Space” TV (17 il) olub. Hec iş yeri dəyişdirməyi sevməmişəm. Maaş verə bilmədikləri zamanda belə başqa yerlərdən təkliflər gəlsə də, gedə bilməmişəm. “Düzələr” deyib davam etmişəm. Cox qəribə hisslər keçirirəm. Bilmirəm, sevinim, yoxsa kədərlənim. Yeganə üzüldüyüm məqam, məncə, müəllifi olduğum “Açıq söhbət” verilişinin bağlanmasıdır”.
