Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Xameneinin şəklini kitabından cıran qız döyülərək öldürüldü

Tarix :
Xameneinin şəklini kitabından cıran qız döyülərək öldürüldü

İranda İranşəhr bölgəsinin Pərvin Etsami orta məktəbinin 3-cü sinifdə oxuyan qız öldürülüb. 
İran KİV-ləri xəbər verir ki, Pərmis Həmnava adlı qız İranın ali dini lideri Seyid Əli Xameneinin şəklini cırdığı üçün başından ağır zərbə alıb. 
"Mühafizəçilər məktəbə daxil olaraq bütün şagirdlərin kitablarını axtarıblar. Pərmisin kitabında Xameneinin cırılmış fotosu var idi. Bu cinayətə görə onu tələbələrin gözü qarşısında bacardıqları qədər döyüblər. Onu elə vurdular ki, burnundan qan axdı və İran xəstəxanasına yerləşdirildi. O, bu gün dünyasını dəyişdi və dəfn olunmaq üçün Zahedan şəhərinə aparıldı", - məlumatda deyilir. 
Qeyd olunub ki, təhlükəsizlik qüvvələri qızın ailəsindən, eləcə də bütün müəllim və tələbələrdən məsələnin mediada müzakirə olunmayacağına dair öhdəlik götürüb və bu şərtlə onun cəsədini ailəsinə təhvil veriblər.