Ukraynalı dirijor döyüşdə həlak oldu

Tarix :
Ukraynalı dirijor döyüşdə həlak oldu

Ukraynalı musiqiçi və Kiyev Operasının dirijoru Konstantin Starovitski Donbassda döyüşdə həlak olub.
Bu barədə Ukrayna Milli Filarmoniyasının sosial media hesabında yazılıb.
Bildirilib ki, Starovitski Donetsk istiqamətində, daha sonra isə Xarkovda gedən döyüşlərdə iştirak edib,
Qeyd edək ki, 41 yaşlı Starovitski Kiyevdə italyan bəstəkarı Qaetano Donizettinin “Rita” operasının rejissoru kimi tanınıb. Əsəri ölkənin dörd nominasiyasında qalib olub.