Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Konkret qərarlar qəbul etməyə hazırıq" - Paşinyan

Tarix :
"Konkret qərarlar qəbul etməyə hazırıq" - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın istənilən vaxt Bakı ilə dialoqa hazır olduğunu bəyan edib. 
TASS xəbər verir ki, Baş nazirin sözlərinə görə, Ermənistan Azərbaycanla regional kommunikasiyaların açılmasında çox maraqlıdır. 
"Biz 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanat əsasında konkret qərarlar qəbul etməyə hər an hazırıq", - Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
Eyni zamanda o vurğulayıb ki, Ermənistan ərazisində açılacaq kommunikasiyalar İrəvanın tam nəzarəti altında olmalıdır.