
Ermənistan hökumətinin qərarı ilə mayın 1-dən iyulun 7-nə kimi I və II dərəcəli ehtiyatda olan birinci qrup hərbi qulluqçuların təlim-məşq toplanışı keçiriləcək.
“Armenpress” xəbər verir ki, müvafiq qərar hökumətin növbəti iclasının gündəliyinə daxil edilib.
Təlimlərə 2.715 nəfər cəlb olunacaq ki, onlardan 2.431 nəfəri sıravi və kiçik, 124 nəfəri yüksək rütbəli zabitlər, 160 nəfəri isə birləşmiş zabitlər (rabitə, kəşfiyyat, mühəndislik, raket artilleriya və s.) korpusunun ehtiyatda olan hərbçiləridir.
Xatırladaq ki, Ermənistan hökuməti martın 23-də keçirilən iclasda ehtiyatda olan hərbçilərin təlim-məşq toplantılarının keçirilməsi ilə bağlı daha bir qərar qəbul edib. Qərara əsasən, toplantılar aprelin 15-dən iyunun 15-dək keçiriləcək. Bu təlimlərə 953-ə qədər vətəndaş cəlb olunacaq.
