Jirinovskiyə qəbirüstü abidə qoyuldu

Tarix :
Jirinovskiyə qəbirüstü abidə qoyuldu

Rusiyanın Liberal Demokrat Partiyası (RLDP) banisi Vladimir Jirinovskinin vəfatının ildönümündə Moskvada Novodeviçi qəbiristanlığında onun abidəsinin açılışı olub.
Mərasimə RLDP-nin yeni lideri Leonid Slutski rəhbərlik edib.
Tədbirdə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və fraksiya deputatları, habelə Jirinovskinin oğlu və qızı da iştirak ediblər.
Vladimir Jirinovski - Sovet və Rusiya siyasətçisi, Rusiya Liberal Demokrat Partiyasının yaradıcısı olub. O, uzun sürən xəstəlikdən sonra 6 aprel 2022-ci ildə 75 yaşında vəfat edib.
Siyasətçinin abidəsini Rusiya Federasiyasının xalq rəssamı Andrey Kovalçuk hazırlayıb. Jirinovskinin bürünc fiquru tam boyda hazırlanmışdır, abidənin ümumi hündürlüyü postamentlə birlikdə 2,75 metrdir.