Tualetin divarını deşərək 400-dən çox iPhone oğurladılar - FOTO

Tarix :
Tualetin divarını deşərək 400-dən çox iPhone oğurladılar - FOTO

Vaşinqton ştatının Linvud şəhərindəki ticarət mərkəzində Apple Store mağazasının tualetini və ona bitişik qəhvəxananı deşən oğrular mağazaya daxil olaraq 400-dən çox iPhone oğurlayıblar.
 
Xarici medianın məlumatına görə, polis, təxminən 500 min dollar dəyərində mal, o cümlədən təxminən 436 iPhone və qeyri-müəyyən miqdarda digər Apple elektronikası oğurlandığını bildirib.
Hələlik hadisə ilə bağlı heç kim həbs olunmayıb.