
Türkiyədə hər kəsi təəccübləndirən hadisə baş verib.
Zonguldak şəhərində yaşayan 16 yaşlı qız səhhəti pisləşdiyi üçün təcili yardımla xəstəxanaya aparılıb.
16 yaşlı yeniyetmə artıq çəkili olduğundan qarnının böyük olmasına əhəmiyyət verilməyib. O, sidik yolundakı ağrılardan şikayətlənib.
Lakin həkimlər onu müayinə edən zaman qızın doğum sancısı başlayıb və o, uşaq dünyaya gətirib.
Doğuşdan sonra qız başqa bir xəstəxanaya köçürülüb. Hazırda onun səhhətinin yaxşı olduğu bildirilir.
Baş verən hadisə ilə bağlı istintaq başladılıb, araşdırmalar aparılır.
