
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Döyüşlər nəticəsində Rusiyanın 176 630 hərbçisi zərərsizləşdirilib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 631 tank, 7 013 zirehli maşın, 2 714 artilleriya sistemi, 532 reaktiv yaylım atəşi sistemi, 281 hava hücumundan müdafiə sistemi, 306 təyyarə, 292 helikopter, 2 287 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 574 avtomobil texnikası və avtosistern, 302 xüsusi texnikadan ibarətdir.

