
Salyanda ağır yol qəzası olub.
APA xəbər verir ki, hadisə Ələt-Astara yolunda, Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “KamAZ” markalı yük maşını və “Toyota Prius”un toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadaları cəlb olunub.
