Polşa Ukraynaya daha 4 ədəd qırıcı VERİR

Tarix :
Polşa Ukraynaya daha 4 ədəd qırıcı VERİR

Varşava Kiyevə daha dörd ədəd MiQ-29 qırıcısını təhvil verir. 
Bunu Polşa prezidenti Anjey Duda Ukrayna lideri Volodimir Zelenski ilə görüşündən sonra bildirib.
"Ehtiyatlarımızdan dörd MiQ-29 artıq Ukrayna Hərbi Hava Qüvvələrinə təhvil verilib. Hazırda əlavə 4 qırıcı köçürülür", - deyə Duda qeyd edib.