
Türkiyənin "Trabzonspor" kulubuna yeni təyin olunan baş məşqçi Orhan Ak istefa verib.
Türkiyə mediası xəbər verir ki, o, Türkiyə kubokunun 1/4 final mərhələsində baş tutan "Ankaragücü" ilə 1:3 hesablı məğlubiyyətlə üzləşdikləri matçdan sonra postundan ayrıldığını açıqlayıb.
Orhan Ak "Trabzonspor"la 3 matçda 2 məğlubiyyət və 1 qələbə qazanıb.
Qeyd edək ki, Ak, bir neçə həftə öncə istefa verən Abdullah Avcıdan sonra müvəqqəti olaraq onun səlahiyyətlərini yerinə yetirməyə başlamışdı. Klub mövsümün sonuna qədər Orhan Ak ilə davam etmək qərarı almışdı.
