Fuad Ələsgərov İnam Kərimovu kollektivə təqdim etdi

Tarix :
Fuad Ələsgərov İnam Kərimovu kollektivə təqdim etdi

Ötən gün Ali Məhkəməyə sədr təyin olunan İnam Kərimov kollektivə təqdim edilib.
“Qafqazinfo”nun məlumatına görə, təqdimat Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov tərəfindən aparılıb.
O, İ. Kərimovu Ali Məhkəmənin hakim kollektivi və digər məsul əməkdaşlara təqdim edərək fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini diqqətə çatdırıb.
Qeyd edək ki, İ. Kərimov dünən Prezidentin Sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsindən azad olunaraq Ali Məhkəmənin sədri təyin edilib.