HƏMAS İsraili bombaladı

Tarix :
HƏMAS İsraili bombaladı

Qəzza zolağından İsrail ərazisinə 9 raket atılıb. 
Bu barədə İsrail ordusunun sözçüsü Aviçai Edri "Twitter" hesabında məlumat yayıb. 
O bildirib ki, raketlərdən dördü "Dəmir günbəz" hava hücumlarından müdafiə sistemi tərəfindən məhv edilib, qalanı Qəzzaya bitişik açıq ərazilərə düşüb. 
İsrail Müdafiə Qüvvələri buna cavab olaraq fələstinlilərin HƏMAS qruplaşmasının hərbi obyektlərinə zərbələr endirib. 
Qeyd edək ki, ötən ay İsrail və Fələstin nümayəndə heyətləri Ramazan ayında münaqişənin böyüməsinin qarşısını almaq ümidilə iki dəfə görüş keçirib. ABŞ, Misir və İordaniyanın vasitəçiliyi ilə baş tutan görüşlər nəticəsiz qalıb.