İŞİD-in daha bir lideri məhv edildi

Tarix :
İŞİD-in daha bir lideri məhv edildi

İŞİD-in daha bir lideri zərərsizləşdirilib.


Qaynarinfo xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) aprelin 3-də Suriyada terror təşkilatına zərbələr endirib. Nəticədə qruplaşmanın ali liderlərindən olan Xalid Ayd Əhməd əl-Caburi öldürülüb.

Məlumata görə, sözügedən şəxs Avropada hücumların planlaşdırılmasına cavabdeh olub. Onun öldürülməsi terror təşkilatının xarici hücumlar təşkil etmək qabiliyyətini müvəqqəti zədələyəcək.