“Ərazilərə mina yerləşdirənlər məsuliyyətə cəlb edilməlidir” - XİN

Tarix :
“Ərazilərə mina yerləşdirənlər məsuliyyətə cəlb edilməlidir” - XİN

Bu gün Beynəlxalq Mina Maarifləndirilməsi Günüdür. Minatəmizləmə prosesi gözləyə bilməz.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində edilmiş paylaşımda deyilir.
XİN ərazilərə mina yerləşdirənlərin və onların zərərsizləşdirilməsində əməkdaşlıqdan imtina edənlərin, o cümlədən Ermənistanın məsuliyyətə cəlb edilməsinin zəruriliyini qeyd edib.
“Biz minaların səbəb olduğu insan tələfatına son qoymalıyıq”, - paylaşımda bildirilir.