
İranda universitet və orta məktəblərdə məcburi hicab qaydalarına əməl etməyən şəxslər təhsil ala bilməyəcək.
Xarici KİV xəbər verir ki, ali təhsil müəssisələrinin tabe olduğu Elm, Araşdırma və Texnologiya Nazirliyi və Milli Təhsil Nazirliyi mövzu ilə bağlı ayrı-ayrılıqda açıqlama yayıb.
Hər iki nazirliyin açıqlamasında örtünmə qanununa əməl etməyən şəxslərin təhsildən yararlana bilməyəcəkləri qeyd edilib.
